AZ

AZAL-ın ixracı azaldı

2024-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərdən olan"Azərbaycan Hava Yolları" QSC-nin ixracı azalıb.

Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac hesabatının yanvar buraxılışına istinadən xəbər verir ki, şirkət 2024-cü ildə 14,6 milyon dollarlıq xidmət ixrac edib. Bu rəqəm ötən illə müqayisədə 25,16 faiz, yəni, 3,9 milyon dollar azdır.

Onu da qeyd edək ki"Azərbaycan Hava Yolları" QSC2023-cü ili 117 milyon 683 min manat xalis mənfəət ilə başa vurub.


Müəllif: İlahə Səlimova
Seçilən
15
5
teleqraf.com

6Mənbələr