AZ

Təkmilləşdirilmiş "İskəndər" raketləri F-16-ları məhv edə biləcək

Rusiyanın “İskəndər” kompleksinin təkmilləşdirilmiş ballistik raketləri Ukraynanın müxtəlif bölgələrindəki aerodromları vura və Amerika istehsalı olan F-16 qırıcılarını məhv edə biləcək. Bunu Amerikanın The National Interest (TNI) nəşrinin köşə yazarı Brendon Vayxert yazıb.


O, uçuş məsafəsini 1000 kilometrə qədər artıran “İskəndər”in son versiyasının yaradılması ilə bağlı məlumatları şərh edib. Yeni model, həmçinin inertial naviqasiya və QLONASS-a əsaslanan artan dəqiqlik və təkmilləşdirilmiş bələdçilik sisteminə malikdir.


Vayxert etiraf edib ki, Rusiya ilə Qərb ölkələri arasında birbaşa toqquşma baş verərsə, yeni “İskəndər” NATO-ya üzv ölkələrin ərazisindəki hədəfləri effektiv şəkildə vurmağa imkan verəcək.

Tural

Seçilən
12
news365.az

1Mənbələr