AZ

Kanye Vestin həyat yoldaşı salona elə geyimdə gəldi ki... - Polis zaldan çıxardı

Məşhur amerikalı reper Kanye Vest həyat yoldaşı, avstraliyalı model Bianka Sensori ilə Los-Ancelesdə 67-ci dəfə baş tutan "Gremmy" mükafatlandırma mərasiminə qatılıb.

Teleqraf.com xəbər verir ki, 24 dəfə "Gremmy" mükafatı qazanan reperin həyat yoldaşı Bianka Sensorinin geyimi birmənalı qarşılanmayıb.

Şəffaf əlbisədə mükafatlandırma mərasiminə qatılan Bianka Sensori çılpaq görünüşü ilə diqqət çəkib.

Sensorinin qırmızı xalıda nümayiş etdirdiyi bu şou bütün dünya mediasında şok effekti yaradıb.

Cütlüyün dəvətsiz gəldiyi üçün polisin müşayiəti ilə zaldan çıxarıldığı, başqa bir məlumata görə isə öz istəkləri ilə məkandan ayrıldıqları iddia edilib.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
33
teleqraf.com

1Mənbələr