Müğənni Ayan Babakişiyeva yeni fotosessiyasını tənqid edənlərə cavab verib.
Publika.az xəbər verir ki, Əməkdar artist Qorxmaz Əlilican Ayanın fotolarındakı geyimi tənqid edib. "Elgizlə izlə" verilişinə zəng edən Ayan aktyorun fikrinə hörmətlə yanaşdığını bildirib:
"Mənim üçün nə xoş. Qorxmaz müəllimi çox istəyirəm. Əgər müzakirə olunursa, deməli, maraqlı iş ərsəyə gəlib. Qorxmaz müəllimə də xoş sözlər deyirəm. Zövqlər müzakirə olunmur. Hamının fikrinə hörmətlə yanaşıram. Ən azından da sənətkarların".
Q.Əlilican "Sənətinizin gözəlliyi o qədərdir ki, onla gündəmə gəlin. Paltarın uzunluğu, qısalığı önəmli deyil. Qısa geyim şöhrət gətirmir. Camaata qıcıq gətirən geyim olmasın" deyə, söyləyib.