AZ

İran prezidenti: “İnflyasiya insanlara təzyiq göstərir”

“Tələbə” informasiya agentliyi xəbər verir ki, bu fikirləri İran prezidenti Məsud Pezeşkian hakimiyyət qollarının rəhbərləri və müavinləri ilə birgə iclasda deyib:

“İnsanların yaşayışını bacardığımız qədər yaxşılaşdırmalıyıq. Mövcud vəziyyət qəbuledilməzdir. Cəmiyyətdə inflyasiya insanlara təzyiq göstərir. Bunun bir hissəsi bizim əlimizdədir, ancaq çoxu bizim əlimizdə deyil. İnsanları hər cür ərzaqla təmin etməyə çalışmaqda qərarlıyıq".

Pezeşkian qeyd edib ki, bayram öncəsi insanların süfrəsini təmin etmək üçün bir sıra işlər görəcəklər. O, bildirib ki, “xalqa cavab verməyi bacarmalıdırlar”.

visiontv.az



Seçilən
3
visiontv.az

1Mənbələr