AZ

İxtisaslı həkim müayinəsi üçün müraciət prosesi sadələşdirilir

Bakı. Trend:

Sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazivahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiqedilmədən müraciət prosesi sadələşdiriləcək.

Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yazsessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən“Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə özəksini tapıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundasığorta hadisəsi nəticəsində yaranan itkilər və ya dəyən zərərinicbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunantərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdətutulub.

Belə ki, sözügedən Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilənmüştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cüvə 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkintibbi-sanitariya yardımına müraciət etmədən birbaşaambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbixidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığortaçərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədiləyönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibbmüəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləğiödəməlidir.

Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəliQərarı ilə təsdiq edilən “İcbari tibbi sığorta üzrə XidmətlərZərfi”nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiqedilən hallar göstərilib. Ümumilikdə, icbari tibbi sığorta göndərişsistemi üzərində qurulub və göndəriş sxemi pozulduqda müştərəkmaliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımıgöstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olanhalların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşməmünasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.

Eyni zamanda Qanunun 16-4.5-ci maddəsinə münasibətdə bu Qanunun15-2.2.4-cü maddəsində nəzərdə tutulan digər sığortaolunanlar üzrəsığorta haqlarının yığımının 2025-ci il yanvarın 1-dən etibarənbaşlanılması nəzərdə tutulub.

Yuxarıda göstərilənləri nəzərə alaraq icbari tibbi sığortanıntətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkintibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruritədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsiningücləndirilməsini təmin etmək məqsədilə “Tibbi sığorta haqqında”Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklikedilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aidhissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiqhesab olunur.

Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərinicbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanısığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazivahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiqedilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbətaddım atılacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Seçilən
21
14
az.trend.az

10Mənbələr