AZ

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Publika.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-1-ci maddəsində, 4.3-2-ci maddəsinin ikinci cümləsində, 4.3-3-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.3-2-ci və 4.3-3-cü maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.3-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4.3-3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.

2. “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqana (quruma) dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. aşağıdakı normativ hüquqi aktları bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.2.1. “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin əsasnaməsini;

3.2.2. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarını, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasını;

3.2.3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını;

3.3. “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, iki ay müddətində Hökumət Ödəniş Portalının “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminə inteqrasiya edilməsi ilə bağlı zəruri tədbirlər görsün.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767 (Cild I); 2024, № 7, maddə 788) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə “1.2-ci,” sözlərindən sonra “4.3-1-ci maddələrində, 4.3-2-ci maddəsinin ikinci cümləsində, 4.3-3-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin;

5.2. 2.2-1-ci bəndə “Qanunun” sözündən sonra “4.3-2-ci və 4.3-3-cü maddələrinin ikinci cümlələrində,” sözləri əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 2.3-2-ci və 2.3-3-cü bəndlər əlavə edilsin:

“2.3-2. həmin Qanunun 4.3-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi nəzərdə tutulur;

Seçilən
2
2
publika.az

3Mənbələr