AZ

Gürcüstanın paytaxtında AB tərəfdarları yenidən küçələrə çıxıb: 30 nəfər saxlanılıb

Gürcüstanda müxalifət noyabrın sonunda başlayan Aİ tərəfdarı etiraz aksiyalarında gərginliyi növbəti dəfə artırıb və paytaxt Tbilisidə polislə üz-üzə gəlib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi polisin nümayişçilərə müdaxilə etdiyini və 30 nəfəri saxladığını bildirib. “Tbilisi Mall” ticarət mərkəzinin qarşısına toplaşan nümayişçilər Tbilisinin mərkəzini şəhərin qərb hissəsi ilə birləşdirən əsas yolu bağlayıb və parlament seçkilərinin yenidən keçirilməsini tələb ediblər. Yolu bağlamaq istəyən nümayişçilərə polis müdaxilə edərkən, yolu bir neçə dəqiqə bağlayan nümayişçilər ilə çevik qüvvət qrupları arasında təxminən iki saat döyüş olub.

Xatırladaq ki, Gürcüstan müxalifəti 2024-cü il noyabrın 28-də, Gürcüstanın baş naziri İrakliy Kobahidzenin Aİ-yə üzvlük danışıqlarının başlanmasını dayandırdıqdan sonra nümayişlər təşkil etməyə başlayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr