Qondarma "Donetsk Xalq Respublikası"nın "Boks Federasiyası"nın rəhbəri, “Arbat” könüllülər batalyonunun yaradıcısı Armen Sərkisyan reanimasiyada dünyasını dəyişib. Onun 46 yaşı var idi. Bu barədə “Mash” Telegram- kanalı məlumat yayıb.
Ölümün ilkin səbəbi ürəyin yaxınlığında döş qəfəsinə nüfuz edən qəlpə yarasıdır.
Paytaxtın “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış zamanı həkimlər onun ayağını amputasiya ediblər. Sərkisyan özünə gəlmədən ölüb.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Daha əvvəl onun komada olduğu bildirilirdi. Sərkisyanın klinik ölüm keçirdiyi də məlum olub.
“Alıye Parusa” yaşayış kompleksində partlayış fevralın 3-də baş verib. Daha əvvəl bir nəfərin öldüyü, daha üç nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilirdi.
Almaz Həsənli