AZ

Reklamları ilə məşhur olan restoran MÜŞTƏRİNİ BELƏ ZƏHƏRLƏMƏYƏ ÇALIŞDI - ŞİKAYƏT 

"Aisha Shirinli" adlı Feysbuk istifadəçisi paytaxtda yerləşən "Ziyafet Mood" restoranından şikayətçi olub. 


Referans.az xəbər verir ki, şikayətçinin iddialarına görə, restoranın reklamına baxaraq ora üz tutub. Lakin burada sifariş etdiyi Çolpa sacında istifadə olunan ərzaqlar köhnə olub. Belə ki, yeməyin tərkibindəki toyuğun rəngindən və qoxusundan onu xarab olduğunu hiss olunub.


Müştərinin restoran personalına bunu bildirməsinə baxmayaraq, onlar heç bir tədbir görməyiblər. 


Nəticədə şikayətçi yeməyi yeyə bilmədən restorandan uzaqlaşıb. 


Sözügedən restorandan digər sosial media istifadəçiləri də öz şikayətlərini şərh bölməsində dilə gətiriblər.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  



Seçilən
3
referans.az

1Mənbələr