"Kənd məktəbində müəllimlərin mübahisəsinin, yaxud bir müəllimin hər hansı pozuntu törətməsinin media səhifələrində yayımlanması cəmiyyətə heç nə vermir, ancaq müəllim kimliyini yerlə-yeksan edir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin yaz sessiyasının ilk iclasında deyib. Deputat qeyd edib ki, müəllim adı qanunvericiliklə mühafizə olunmalıdır:"Hansısa müəllim fəaliyyətində nöqsana yol verirsə, məsuliyyət daşımalıdır, lakin, belə məsələləri ictimailəşdirib müəllimə hörmətin dağılmasına yol vermək olmaz".Deputatın sözlərinə görə, məktəblərdə baş verən hadisələrin sosial mediada yayılması yaxşı nəticələr vermir: "Problemlər bütün sahələrdə var, problemli, sinif otağına buraxılmamalı insanlar müəllimliyə yol tapa bilir, amma bu problemlər yerində həllini tapmalıdır, bir-iki problemə görə müəllim kultunu zədələməməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31