Prezident İlham Əliyevin 28 sentyabr 2024-cü il tarixli fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) istifadəyə verdiyi “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə daxil olan müraciətlərə baxılmasına başlanılıb.
Bu barədə Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığı və qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciət edən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir, metodiki köməkliklər göstərilir.