AZ

Azərbaycanın Eritreyada saxlanılan 3 gəmisi ilə bağlı XƏBƏR VAR

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi hələ də buraxılmayıb.

Demokratikmusavat.combildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Caspian Marine Services B.V." şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan gəmilərindəki heyət üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır: "Onların hər birinin vəziyyəti yaxşıdır. Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar".

Eyni zamanda, Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilik yoxdur. Daha öncə də XİN-dən bu istiqamətdə danışıqların davam etdirildiyi qeyd edilmişdi.

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
8
27
Demokratikmusavat.com

10Mənbələr