Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat qeyd edib ki, bəzi özəl müəssisələr yoxlamaların olmamasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edir: “İstehlakçı hüquqlarının müdafiəsində probemlər yarandı. Saxta və standartlara cavab verməyən müəsisələrin çoxalmasını müşahidə edirik. Bu o demək deyil ki, ölkədəki bütün özəl tibb müəsisələrinin hər birində problemlər var. Ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəsisələrimiz var. Dünya təcrübəsindən də bilirik ki, özəl tibb müəsisələri həm də ölkələrdə ümumi tibbi keyfiyyətin artırılması üçün lokomativ rolunu oynayır. Amma bəzən bu şəkildə yoxlamalardan sui-istifadə edərək nəzarətsiz qalan tibb müəsisələrinin bu şəkildə addımlar atması ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəsisləri arasında uçurumların yaranmasına səbəb olur”.
7Mənbələr
-
korrespondent.az“Yoxlamaların ləğvi özəl tibb müəssisələrində xidmət keyfiyyətini aşağı salıb” ( 15228229)
-
fed.az“Yoxlamaların ləğvi özəl xəstəxanalarda xidmət keyfiyyətini aşağı salıb” ( 15227235)
-
demokrat.az“Yoxlamaların ləğvi özəl xəstəxanalarda xidmət keyfiyyətini aşağı salıb” ( 15225611)
-
qafqazinfo.az“Yoxlamaların ləğvi özəl xəstəxanalarda xidmət keyfiyyətini aşağı salıb” ( 15225213)
-
qafqazinfo.az“Yoxlamaların ləğvi özəl tibb müəssisələrində xidmət keyfiyyətini aşağı salıb” ( 15225151)
-
sabahinfo.az"Bu, saxta tibb müəssisələrinin artmasına səbəb olur" - Deputat ( 15224611)
-
adalet.az"Bu, saxta tibb müəssisələrinin artmasına səbəb olur" - Deputat ( 15224549)