AZ

Prezident Polad Bülbüloğlunu mükafatlandırdı

Deputat, Xalq artisti Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Korrespondent.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, sabah Polad Bülbüloğlunun 80 yaşı tamam olacaq.

Seçilən
157
31
korrespondent.az

10Mənbələr