AZ

İmişlidə bir kənd bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindəki pozuntularla əlaqədar Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib...

Poliqon xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qəbul olunub.

Əvvəlcə MSK-nın katibi Arifə Muxtarova qərar layihəsi ilə bağlı məruzə edib.

Yekunda komissiya üzvlərinin qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrində nəticələr etibarsız hesab edilib.

Poliqon.info

Seçilən
65
12
poliqon.info

10Mənbələr