AZ

“Zirə”nin legioneri Ukrayna klubunun DİQQƏT MƏRKƏZİNDƏ

"Zirə”nin legioneri Salifu Summa karyerasını başqa ölkə klubunda davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, qvineyalı yarımmüdafiəçiyə “Dinamo” maraq göstərir.

Ukrayna nəhəngi Summanı artıq bir müddətdir ki, yaxından izləyir. Hətta kiyevlilər 21 yaşlı futbolçu üçün müəyyən təzminat məbləği də ödəməyi gözə alıb.

Qeyd edək ki, Summanın “Zirə” ilə müqavilə müddəti bu mövsümün sonunda başa çatırdı. Ötən həftə isə onun müqavilə müddəti 2 illik artırılıb.

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr