AZ

Rusiyada yeni qanun - Bu qadağan edildi

Rusiya Prezidenti Vladimir Putin uşaqlara tütün, elektron siqaret və qəlyan satışına görə inzibati cərimələrin 2 milyon rubla qədər artırılması haqqında qanun imzalayıb. Sənəd hüquqi aktların rəsmi internet portalında dərc olunub.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 14.53-cü maddəsinə dəyişikliklər edilir. Belə məhsulların satışına görə fiziki şəxslər üçün 200-dən 300 min rubla qədər, vəzifəli şəxslər üçün 500-dən 700 min rubla qədər, hüquqi şəxslər üçün 1,5-2 milyon rubla qədər cərimələr tətbiq edilir.

Seçilən
5
manset.az

1Mənbələr