AZ

Superliqa klubu Volkan Dəmirəllə yollarını ayırıb

Bakı, 3 fevral, AZƏRTAC

Türkiyənin “Bodrumspor” komandası baş məşqçisi Volkan Dəmirəllə yollarını ayırıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Onunla sözləşmə 2027-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “Bodrumspor” Superliqada 16 xalla 17-ci pillədə qərarlaşıb.

 

Seçilən
70
4
azertag.az

6Mənbələr