AZ

Dünya çempionatının yeri dəyişdirilib

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası (IFBB) dünya çempionatının keçiriləcəyi məkanı dəyişib.

İdman.biz xəbər verir ki, ilin əsas yarışı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutmalı olsa da, sonradan şəhər dəyişdirilib.

Mundialın Əl-Xobarda olacağı ilə bağlı qərar qəbul edib. Yarışın tarixi isə dəyişilməyib. Noyabrın 27-də başlayacaq çempionat dekabrın 1-də başa çatacaq.

Dünya çempionatında Azərbaycan komandasının da iştirakı gözlənilir.

Qeyd edək ki, IFBB Konqresi də Əl-Xobarda keçiriləcək.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr