AZ

Sahibkarlara şad xəbər: müddət uzadılır

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılacaq.

Gundem.az xəbər verir ki, bununla bağlı məsələ "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında qanun layihəsi bir oxunuşda qəbul olunub.

Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb.

Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla digər yoxlamalar dayandırılıb.

Seçilən
36
2
gundem.az

3Mənbələr