AZ

Lənkəranda dənizdə itkin düşən balıqçının axtarışı davam etdirilir - VİDEO

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

News365.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Bildirilib ki, hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

    Xatırladaq ki, yanvarın 13-də Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində itkin düşən balıqçılardan biri Nazim Abbasovun meyiti dünən tapılıb. Meyit Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

    Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb.

    Seçilən
    23
    43
    news365.az

    10Mənbələr