Türkiyə Super Liqasında daha bir ayrılıq yaşanıb.
"Cebheinfo.az" Apasport.az-a istinadən xəbər verir ki, "Bodrum" baş məşqçisi Volkan Demirellə yollarını ayırıb.
Buna səbəb komandanın uğursuz çıxışı olub.
Bodrum təmsilçisi Demirelin rəhbərliyi altında ölkə çempionatında çıxdığı 11 matçda yalnız 1 qələbə qazanıb.
Qeyd edək ki, "Bodrum" Super Liqada 16 xalla 17-ci pillədə qərarlaşıb.
"Cebheinfo.az"