AZ

İKİ KOMİSSİYANIN TƏRKİBİ MÜƏYYƏNLƏŞDİ - MM-də dəyişikliklər (Yenilənib)

Milli Məclisin yenidən formalaşdırılan Hesablayıcı komissiyasının ilk iclası keçirilib.

Mia.az xəbər verir ki, komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Milli Məclisin yeni formalaşan İntizam komissiyasının ilk iclası keçirilib.

Mia.az xəbər verir ki, komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yaradılıb.

Mia.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, Hesablayıcı komissiyasının tərkibinə deputatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova və Mixail Zabelin daxil ediliblər.

İntizam komissiyasının tərkibinə isə Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev, Nizami Səfərov daxil ediliblər.

Seçilən
26
3
mia.az

10Mənbələr