1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya ABŞ Prezidenti Donald Tramp və RF lideri Vladimir Putin arasında sammitin keçirilməsinin mümkün yerləri kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini nəzərdən keçirir.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə danışıqların gedişindən məlumatlı olan Rusiya mənbələri məlumat verir.
Agentliyin mənbələrinin sözlərinə görə, Rusiyanın yüksək vəzifəli məmurları potensial danışıqlara hazırlıq çərçivəsində son həftələrdə həm Səudiyyə Ərəbistanına, həm də BƏƏ-yə səfər ediblər.
Mənbələrdən biri, həmçinin bildirib ki, Vaşinqtonun bu ölkələrlə "sıx hərbi əlaqələri" səbəbindən Moskvada bu ideyaya müəyyən qədər müqavimət göstərirlər.
"Reuters" həm V.Putinin, həm də D.Trampın Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə dostluq münasibətləri qurduğuna diqqət çəkir.