AZ

MSK sədri: Məntəqələrdə çəkilişin qadağan olunması barədə məlumatlar reallığı əks etdirmir

Seçki məntəqələrində çəkiliş aparanlarla bağlı son iclasda qeyd etdiyim məsələ çəkilməyini istəməyən seçicilərə aiddir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın fevralın 3-də keçirilən iclasında söyləyib.

O qeyd edib ki, əgər seçici çəkilişə düşmək istəmirsə, buna icazə vermirsə, çəkiliş aparmaq doğru deyil: "Çünki məntəqədə çəkiliş aparanlar deyirlər ki, bu, bizim haqqımızdır. Əgər seçici icazə verərsə, onu çəkmək olar".

MSK sədri bildirib ki, məntəqələrdə çəkilişin qadağan olunması barədə media subyektlərində yayılan məlumatlar reallığı əks etdirmir.

Seçilən
24
2
yeniazerbaycan.com

10Mənbələr