AZ

Məntəqədə çəkiliş olmaz? Belə fikir səsləndirməmişəm! – MSK sədri

  Tərəflərin razılığı olmadan məntəqədə çəkiliş aparmaq olmaz.

Referans.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

“Bizim iclasımızda məntəqələrdə çəkiliş aparılmasının qadağan olunacağı deyilməyib. “Azərbaycan” qəzetində, ayrı-ayrı saytlarda belə xəbərlər yazılıb. Mən bildirmişəm ki, kim istəmirsə, kadra düşməsin – onu çəkmək olmaz.

“Məntəqədə heç bir çəkiliş aparmaq olmaz” deyə bir fikir səslənməyib. Biz qanuna nöqtə-vergülünə qədər əməl etməyə çalışırıq”, – MSK sədri əlavə edib.  

Seçilən
4
3
referans.az

4Mənbələr