AZ

Sərxan Hacıyev işdən çıxıb? - AFFA-dan cavab

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyevin vəzifəsindən ayrıldığı iddia olunur.

Bakıvaxtı.az Teleqraf.com-a istinadən xəbər verir ki, yerli medianın iddiasına görə, Hacıyev artıq federasiyadan gedib.

Məlumatı dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Qurum rəsmisi cavabında “doğru xəbər deyil”- deyə bildirdi.

Qeyd edək ki, Sərxan Hacıyevin AFFA-dan ayrılmasilə bağlı xəbərlər ötən ilin sonlarında da yayılmışdı.

Seçilən
14
4
bakivaxti.az

5Mənbələr