AFFA-nın yeni baş katibi məlum olub.
İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəz edəcək.
Cahangir Fərəcullayev ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəridir. O, həmçinin “Azərlotereya” ASC-nin İdarə Heyətinin 4 üzvündən biridir
“Nə? Harada? Nə zaman?” teleşoularından da tanınan yeni baş katib haqqında daha geniş bilgi verəcəyik.
İdman.biz