AZ

Volkan Demirel istefaya göndərildi

Türkiyənin "Bodrum" klubu baş məşqçisi Volkan Demirellə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. Klub mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

V.Demirel ötən ilin noyabrın 1-də "Bodrum"a baş məşqçi təyin olunmuşdu. Komanda bu müddət ərzində Superliqada 11 oyun keçirib, yalnız 1 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 7 dəfə uduzub.

Hazırda "Bodrum" turnir cədvəlində 16 xalla 17-cidir.

Bizim.Media

Seçilən
14
2
bizim.media

3Mənbələr