İsrail Müdafiə Ordusu Livanın cənubunda Hizbullahın bir neçə silah anbarını məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 769-cu briqadanın qoşunları minaatan mərmilər, raketlər, reaktiv mərmilər, partlayıcı maddələr, odlu silahlar və çoxlu sayda hərbi texnikanın olduğu bir neçə silah anbarı aşkar ediblər. Bütün silahlar müsadirə, anbarlar isə məhv edilib.