AZ

"Milan" futbolçusunu başqa kluba icarəyə verdi

İtaliyanın "Milan" klubunun müdafiəçisi Davide Kalabriya "Bolonya"da çıxış edəcək.

 

Sfera.az xəbər verir ki, 28 yaşlı oyunçu cari mövsümün sonuna qədər icarə əsasında "qırmızı-göylər"in şərəfini qoruyacaq.

 

D.Kalabriya 2015-ci ildən "Milan"ın formasını geyinir və bu müddət ərzində 272 oyuna çıxıb, 10 qol vurub.

 

“Bolonya” hazırda İtaliya A Seriyasında 37 xalla yeddincidir.

Seçilən
35
5
sfera.az

6Mənbələr