AZ

Türkiyə kəşfiyyatından yeni əməliyyat: PKK-nın rəhbər şəxsi məhv edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.
Oxu.Az İHA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl-Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağca öldürülüb.
Məlumata görə, o, 2015-ci ildə Türkiyədə baş tutan terror aktlarının əsas təşkilatçılarından olub. M.Ağca həmin terror aktları üçün Suriyadan partlayıcı maddə və terrorçu təminatını həyata keçirib.
Məlumat üçün bildirək ki, 2015-ci il ərzində Türkiyənin müxtəlif şəhərlərində ümumilikdə səkkiz terror aktı törədilib. Nəticədə, ümumilikdə 550-ə yaxın adam ölüb.
O, 2006-cı ildən PKK/YPG terror təşkilatında fəaliyyət göstərdiyi bildirilir.
Seçilən
24
50
oxu.az

10Mənbələr