AZ

Parlamentin bugünkü iclasından FOTOLAR

Fevralın 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

 

Sonra çıxış edən Sahibə Qafarova ötən sessiyanı uğurlu adlandırıb, parlamentin beynəlxalq fəaliyyətinin sessiyalar arasındakı dövrdə də davam etdiyini vurğulayıb.

 

O, yaz sessiyasının qanunvericilik işləri planının hazırlandığını diqqətə çatdırıb.

 

Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.

 

Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlar Aydın Mirzəzadə, Şahin İsmayılov, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mahir Süleymanlı, Hikmət Məmmədov, Mircəlil Qasımlı, Vüqar İskəndərov, Mehriban Vəliyeva, Azər Kərimli gündəmdə olan məsələlər barədə fikirlərini bölüşüblər.

 

Daha sonra gündəlikdəki 16 məsələnin müzakirəsi keçirilib. İlk 4 məsələ Milli Məclisin qərar layihələri olub.

 

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

 

Seçilən
14
21
modern.az

10Mənbələr