Qəzzada ölənlərin sayı 47,5 mini keçdi
2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 47,5 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sektorda Fələstin-İsrail münaqişəsinin yeni raundunda ölənlərin sayı 47 518, yaralananların sayı isə 111 612 nəfər olub.