AZ

Qəbələdə yeniyetmə hovuzda boğularaq öldü - Təfərrüatlar

Qəbələdə hovuzda boğulan yeniyetmə ilə bağlı bəzi təfərrüat məlum olub.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Qəbələnin Vəndam qəsəbəsində fərdi qonaq evlərindən birində bədbəxt hadisə baş verib.

Belə ki, Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğularaq ölüb.

Adının çəkilməsini istəməyən yerli sakinlərdən birinin verdiyi məlumata əsasən Hüseynovlar ailəsi tətil günlərində qəsəbədəki fərdi evlərdən birini kirayə tutaraq yerləşiblər. Hadisə axşam saatlarında baş verib. Deyilənə görə, 15 yaşlı yeniyetmə hovuzun ətrafında gəzərkən ayağı qəflətən ilişərək yıxılıb və onu kimsə xilas edə bilməyib.

Digər bir məlumata əsasən isə yeniyetmə xəstəlikdən əziyyət çəkib. Onun sudurğası varmış və hadisə də elə o, hovuz ətrafında olarkən baş verib. Hüseyn hovuza yıxılıb və beləcə orada keçinib.

Hadisədən sonra yeniyetmənin yaxınları xəbər tutub və müvafiq orqanlar məlumatlandırılıb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
9
2
yenisabah.az

3Mənbələr