AZ

Azərbaycanın 6 boksçusu Serbiyadakı beynəlxalq turnirdə iştirak edəcək

Fevralın 5-də Serbiyanın paytaxtı Belqradda boks üzrə beynəlxalq turnir start götürəcək.

AZƏRTAC xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Belqradda yığmanın heyətində Anaxanım İsmayılova (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Emili Rzayeva (70 kiloqram) və Aynur Rzayeva (+81 kiloqram) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan boksçular fevralın 10-da Bakıya qayıdacaqlar.

Seçilən
13
7
yeniazerbaycan.com

10Mənbələr