AZ

"Qarabağ"a qol vuran hücumçu Fransa nəhənginə keçdi

Fransanın "Lill" klubu "Ayaks"ın hücumçusu Çuba Akpomu heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, məlumatı Liqa 1 təmsilçisinin rəsmi saytı yayıb. 

Altı aylıq icarəyə götürülən futbolçu bu müddətin sonunda birdəfəlik “Lill”in oyunçusu ola bilər.

 "Arsenal"ın yetirməsi olan 29 yaşlı hücumçu bu mövsüm "Ayaks"ın heyətində bütün rəsmi yarışlarda 8 qol vurub. Onlardan birinə azərbaycanlı azarkeşlər də canlı şahid olublar. Belə ki, oktyabrda "Ayaks"ın heyətində Bakıya gələn Akpom Avropa Liqasının Liqa mərhələsi çərçivəsində baş tutan və komandasının 3:0 qalib gəldiyi matçda sonuncu qolun müəllifi olub. 

"Transfermarkt" ingilis futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir. 

"Lill" hazırda Fransa çempionatında ilk "üçlük"dən iki xal geri qalaraq 4-cü yerdədir. Sentyabrın ortalarından yanvarın ortalarına kimi klub heç kimə uduzmayıb. "Lill" Avropa Liqasında da mübarizəsini çıxış etdirir.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr