Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada əməliyyat keçirib.
Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl- Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağca öldürülüb.
Məlumata görə, o, 2015-ci ildə Türkiyədə baş tutan terror aktlarının əsas təşkilatçılarından olub. M.Ağca həmin terror aktları üçün Suriyadan partlayıcı maddə və terrorçu təminatını həyata keçirib.
"Cebheinfo.az"