AZ

İş yoldaşını qətlə yetirən Şahlar Ağayev məhkəmədə ifadə verdi

Bakı. Trend:

Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevincinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

Trend-in əldə etdiyi məlumatagörə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanınsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəverib.

Şahlar Ağayev bildirib ki, çörək və un məmulatları istehsal edən"Aleks" MMC şirkətində çörəkçi işləyib:

"Mart ayının 12-i idi. İş yoldaşım Pünhan soyunub-geyinməotağında qapının ağzında durmuşdu. Ondan mənə yol verməsini xahişetdim. O isə aqressiv cavab verdi. Növbəti gün o, mənə çiyin atdı,üstümə gəldi və sağ qaşımın üstünü partlatdı. Hətta iş yoldaşımızolan qadına da xəsarət yetirdi. Müdiriyyət işə qarışdı, mən isəbarışdığımızı bildirdim. Sonra Pünhan məndən mobil nömrəmi istədi.Növbəti gün məni Qara Qarayev metrosunun yanına çağırdı. Mən ancaqxoş niyyətlə görüşüb çay içə biləcəyimi dedim. O, yaşadığım Alatavaqəsəbəsinə gəldi. Çayxanaya gedəcəyimizi dedi və avtomobiləoturmağımı istədi. Maşına oturandan sonra sürücü ilə məni tanışetdi, dedi ki, dostum Elmardır. Onlar bir neçə nəfər idilər. Gördümki, Pünhanın üstündə bıçaq var. Maşını saxlamağını istəsəm də,sürücü maşını saxlamadı. Mən tıxacda fürsətdən istifadə edibmaşından düşdüm. Lakin o məni qırağa çəkib üzərində olan bıçaqlamədəmin üstünə vurmaq istədi. Zərbədən yayındım, lakin Pünhanməndən əl çəkməyərək əlindəki bıçaqla qulağımı kəsdi. Bu barədəvəkilimdə ekspertiza rəyi var. Həmin vaxt orada Pünhan tərəfdən 5nəfər var idi. Mən çarəsiz qalıb cibimdə olan, işdə istifadəetdiyim bıçağı çıxardım. Bilmədim nə edim, affekt vəziyyətinədüşdüm. 2 gün sonra polis bölməsində bildim ki, ölüm hadisəsi başverib".

Qeyd edək ki, məhkəmənin növbəti iclası fevralın 17-nə təyinedilib.

Xatırladaq ki, hadisə ötən ilin mart ayında paytaxtın Yasamalrayonu ərazisində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü PünhanFərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxilolub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamalrayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminindəaralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərəkPünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənedilib.

Şahlar Ağayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindənşübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)maddəsilə ittiham irəli sürülüb.

Seçilən
17
az.trend.az

1Mənbələr