"Football-plus.az" xəbər verir ki, hazırlıq prosesi başa çatdıqdan sonra baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasındakomandanın durumu ilə bağlı məlumat verib:
“Xorvatiya səfərindən sonra uşaqlarda yorğunluq olduğuna görə, bir qədər istirahət verdik. Bakıya döndükdən sonra iki məşqimiz oldu. Komanda olaraq məğlubiyyəti unutmalı, Yunanıstanla görüşə köklənməliyik. Çünki qarşıdakı 3 oyun – Yunanıstanla iki, İsveçlə səfərdəki görüş bizim üçün final seriyasıdı. Xüsusilə də sabahkı matç çox vacibdi.
Bakıya döndükdən sonra heyətdə bir dəyişiklik etmişik. İlham Alıyevin əvəzinə Seymur Məmmədovu komandaya dəvət etdik. Seymur zədəsini sağaldıb. O, daha təcrübəli futzalçıdı və müdafiədə bizə çox kömək edə bilər. Heyətimizdə müdafiəçilərin sayı azdı. İlham gəncdi, perspektivli futzalçıdı, onun da xidmətindən digər matçlarda istifadə edəcəyik.
Yunanıstanın oyununu analiz etmişik. Zəif və güclü tərəflərini gördük, uşaqlara necə oynamalı olduqlarını başa saldıq. Nə dərəcədə alınacaq, bunu sabahkı matçda görəcəyik”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək oyun saat 20.00-da başlayacaq.