"Qrip virusuna yoxulmalar dekabr, yanvar və fevral aylarında daha çox baş verir".
Bunu baş infeksionist Təyyar Eyvazov "Xəzər Xəbər"ə müsahibəsində bildirib.
O qeyd edib ki, uşaqların immuniteti zəif olduğu üçün onların respirator viruslara yoluxma və ağırlaşma ehtimalı daha çoxdur. Bu səbəbdən də valideynlər diqqətli olmalıdır.
Baş infeksionist bildirib ki, həm uşaqlarda, həm də böyüklərdə xəstəliyi yüngül keçirməyin tək yolu qrip əleyhinə peyvənd olunmaqdır.
Təyyar Eyvazov həmçinin ölkədə meymunçiçəyi virusuna yoluxma ilə bağlı son vəziyyəti də açıqlayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.