Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadi Əməkdaşlıq Təşkilatının islahatlar üzrə yüksək səviyyəli komitəsinin ilk iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasında səfərdə olub.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tədbirin keçirilməsində əsas məqsəd, İƏT-in institusional effektivliyini artırmaq, təşkilatda islahatlar və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparmaq olub.
Sözügedən Komitənin fəaliyyəti cari ildə ölkəmizdə keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində digər mövzularla yanaşı baxılacaq İƏT-in növbəti 10 il üzrə strateji sənədinin müzakirəsində təməl rolunu oynayacaq.