AZ

Avropa İttifaqı ABŞ-yə qarşı cavab tədbirləri görməyə hazırdır

Avropa İttifaqı liderləri ABŞ prezidenti Donald Trampın əlavə ticarət rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görməyə hazır olduqlarını bildiriblər.

Aznews.az xəbər verir ki, siyasətçilər ticarət müharibəsinin hər iki tərəfə zərər verəcəyi barədə xəbərdarlıq ediblər.

Bundan əvvəl Tramp Çin, Kanada və Meksikaya qarşı daha əvvəl elan edilmiş rüsumlar siyasətini davam etdirərək Avropaya məhdudiyyətlər tətbiq etmək niyyətini təsdiqləyib. Konkret tədbirlər və onların tətbiqi vaxtı hələ dəqiqləşdirilməyib.

Fransa prezidenti Emmanuel Makron Aİ-NATO sammitində çıxışı zamanı Avropanın iqtisadi təzyiqlərə məruz qalacağı təqdirdə kənarda durmayacağını vurğulayıb.

“Əgər bizə ticarət sferasında hücum olarsa, Avropa müstəqil qüvvə kimi özünü təsdiq etməli və müvafiq cavab verməlidir.

Brüssel cavab tədbirlərinin tətbiqini istisna etmir. Avropa Komissiyası artıq mümkün cavab ssenarilərini hazırlayıb, lakin detallar hələ açıqlanmayıb.

“Biz Trampın bəyanatlarını diqqətlə dinləyirik və təbii ki, cavab verməyə hazırlaşırıq”, - deyə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

Almaniya kansleri Olaf Şolts vəziyyəti şərh edərkən vurğulayıb: “Avropa güclü iqtisadi regiondur və müstəqil şəkildə öz ticarət siyasətini formalaşdırmaq iqtidarındadır. Brüssel simmetrik tədbirlərlə cavab verə bilər.”

Bir sıra Avropa liderləri Vaşinqtonla dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Seçilən
8
14
aznews.az

10Mənbələr