AZ

ABŞ-nin neftlə bağlı çağırışına Rusiyadan sərt etiraz

ABŞ-nin OPEC-i neft qiymətlərini aşağı salmaq barədə çağırışı qəbuledilməzdir. .az xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak belə açıqlama verib. Novak Rusiya da daxil olmaqla bəzi neft istehsalçılarından ibarət OPEC+ toplantısı çərçivəsində Rusiyanın dövlət kanalı “Rossiya-24”ə açıqlamalar verib. Novak bildirib ki, 2023-cü əldə edilmiş razılaşmaya əsasən hasilat tədricən azaldılacaq. ABŞ-dəki yeni administrasiyanın neft bazarlarında yeni çətinliklər yaratdığını deyən Novakın sözlərinə görə, Vaşinqton OPEC-i neft qiymətlərini rəqabətli olmayan şəkildə aşağı salmağa və bazar payını artırmağa çağırıb.

OPEC+ üzvlərinin birlik çərçivəsində əldə olunan razılaşmalara tam sadiq olduqlarını vurğulayan Novak, qlobal neft bazarının fəaliyyətinə hər hansı süni və ədalətsiz müdaxilə cəhdlərinin qəbuledilməz olduğunu ifadə edib.

Seçilən
19
14
metbuat.az

10Mənbələr