AZ

Tramp Aİ-dən idxal olunan mallara 10% əlavə rüsum tətbiq etmək istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqından idxal olunan mallara 10% əlavə rüsum tətbiq imkanını nəzərdən keçirir.


Bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.


“Tramp administrasiyasında bəziləri Aİ-yə on faizlik tariflər tətbiq etmək istəyir. Onlar Aİ-dən bütün idxalla bağlı belə tədbirləri müzakirə edirlər”, - nəşrin mənbəsi bildirib./APA

Tarix: 3 Fevral 2025, 23:03   
Seçilən
53
3
pravda.az

4Mənbələr