AZ

NATO-nun yeni Baş katibi də etiraf etdi:ABŞ-ın DƏSTƏYİ OLMASA, Aİ ÖZÜNÜ MÜDAFİƏ EDƏ BİLMƏYƏCƏK

Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-ın  iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər.

 

TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında deyib. 

 

"NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz", - o deyib. 

 

M.Rutte həmin səbəbləri açıqlamayıb.

 

Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir: “Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdirlər”.

 

Yeri gəlmişkən, NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq də gedənə yaxın etiraf etmişdi ki, Alyansın Avropalı üzvləri hərbi potensialına görə Rusiyadan daha aşağı səviyyədədirlər: “Hazırda Avropa ölkələrində potensial münaqişə üçün çox az sayda silah, texnika və hərbi personal var”.

Seçilən
31
5
senzor.az

8Mənbələr