AZ

Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub

Bakı. Trend:

Misli Premyer Liqasında legioner limiti ləğv olunub.

Trend xəbər verir ki, bubarədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiqolunmayacaq.

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer alabilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazəverilib.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
- 1 legionerdən 7 legionerə qədər: 5000 manat
- 8-dən 12-yə qədər: 10000 manat
- 13-dən 15-ə qədər: 100000 manat
- 16 və daha yuxarı: 200000 manat

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılıolmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Heyətindəyerli futbolçular oynadan klublara xüsusi hesablama metodu iləbonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcəkvəsaitdən veriləcək.

Seçilən
116
17
az.trend.az

10Mənbələr