Laçın şəhərində yenidən qurulan “Lacinema” kino mərkəzində 33 illik fasilədən sonra ilk film nümayiş olunacaq.
Aznews.az xəbər verir ki, tarixi faktlara əsaslanan “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi fevralın 7-də saat 18:00-də baş tutacaq.
Filmin nümayişində əsas məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir.