Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyini (USAİD) Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Agentliyin administratoru vəzifəsini icra etdiyini açıqlayıb.
“Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru vəzifəsini icra edirəm”, - Rubio deyib.
O bildirib ki, Vaşinqtonda USAID-in mənzil-qərargahı bağlıdır, işçilərə elektron poçt vasitələri ilə evdə qalmalarına dair tapşırıq gəlib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta